Biz maarif cəbhəsinin Alnıaçıq əsgəriyik. Biz həqiqət səhnəsinin Köksü polad səfləriyik. Yürü, şərəf, şan ordusu, Əmək və ürfan ordusu! Arş irəli, durma, sağın, Var günəşə doğru axın. Zülmət sönür, mənzil yaxın; Biz sabahın rəhbəriyik. Yürü, şərəf, şan ordusu, Əmək və ürfan ordusu! Sevimlidir şən yurdumuz, Müzüffərdir gənc ordumuz Düşməndən yoxdur qorxumuz, Qızıl əsrin ülkəriyik. Yürü, şərəf, şan ordusu, Əmək və ürfan ordusu! Məktəbimiz ürfan bağı, Əmək yurdu, nur ocağı, Bilik, səadət qaynağı; Biz inqilab ərləriyik. Yürü, şərəf, şan ordusu, Əmək və ürfan ordusu! 1936 |