|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Günəş doğdu, yayıldı, Dağlar, daşlar ayıldı. Sular, meşə, bayırlar, Səhralar, həm çayırlar. Bir nur içində qaldı, İşıq dünyanı aldı; Üfüq alışdı-yandı, Quşlar bütün oyandı. Ötüşdü şadü xəndan, Səs ilə doldu orman. 1906 |
|