Tonqal PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Bir qırmızı güldür tonqal
Bir dəstə sünbüldür tonqal
Bağdan dərilmiş lalədir,
İçilməz al piyalədir.

Bir xonçadır al günəşdən,
Həyat gəlir bu atəşdən.
Nə gözəldir şən nəğməsi,
Ruha nəşə verir səsi.

1942

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 30 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366911