Vətən PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Sən ey gözəl Vətənim,
Yurdum, yuvamsan mənim.
Səndə xoş ömür sürür.
Sevilənim, sevənim,

Sənsən yanan çırağım,
Yurdum, yuvam, ocağım,
Havam, suyum, torpağım.
Bağım, tarlam, çəmənim.

Səni duymaz hər yetən,
Eşqin çıxmaz könüldən.
Böyük anam sənsən, sən!
Varlığımsan sən mənim.

Sənindir çırpan ürək,
Səndən doğar hər dilək,
Nə gözəlsən, nə göyçək
Sən, ey ana Vətənim!

1944

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 7 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5252176