|
Şeirlər -
Abdulla Şaiq. Şeirlər.
|
Tarlaya gəldi Nəbi, Gördü səhərdən bəri Atası tək işləyir, Tarlasını xışlayır. Nəbi dedi: - Ay ata, Gəl məni öyrət, daha Sən otur, mən işləyim, Tarlamızı xışlayım. - Çox gözəl, oğlum, görək! Gəl öyrəş, eylə kömək. Verdi xışı, oturdu; Nəbi ürəklə durdu. Xış sürməyə başladı, Atası alqışladı. 1906 |
|