Yetim cücə PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Ay kiçicik soluq cücəm,
Boynu buruq, yoluq cücəm!
Açma o nazlı dimdiyin,
Başlama qəmli cikciyin.
Tək gəzinib sıxılma çox,
Ağlayıb nalə qılma çox.
Qəm yemə, sus, bir az dayan,
Mən olaram sənin anan.
Səni o səslə səslərəm,
Dən, su verib də bəslərəm.
Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!

1906

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 15 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366750