Zanbaq Çap et
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Zanbağam mən, zanbağam,
Ay işığından ağam,
Açdığım hər ağ çətir
Ətrafa yayır ətir.
Ağ atlazdan donum var.
Gümüş kimi parıldar.
Mən də gözəl çiçəyəm.
Toxunma ağ ipəyəm.

1928