Zəfər nəğməsi PDF Çap et Dosta göndər
Şeirlər - Abdulla Şaiq. Şeirlər.

 Sevin, sevin, ana Vətən!
Təslim oldu zalım düşmən.
Zəfər ilə döndü ordu,
Artıq oldun şəndən də şən.

Xoşbəxt elin coşur, daşır,
Nümayişlərdə qaynaşır.
Hər bucaqda toy, bayramdır,
Şənlik, sevinc başdan aşır.

Sən bu xalqın sevincisən,
Gözəllikdə birincisən;
Təbiətin saf qoynunda,
Ən dəyərli bir incisən.

Sevin, sevin, ana Vətən,
Artıq oldun şəndən də şən!

1945

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 35 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366952