Alimin zalım padşaha cavabı PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Dedi bir əhli-elmə bir zalim –
Key olan şər sirrinə alim!
Mənim üçün buyur ibadətdən,
Hansı əfzəldi cümlə taətdən?1
Dedi: - Ey padşahi-zülmşitab,2
Sənə əfzəldi hər bir işdən xab,
Ta yatan vəqt, ey fələkkirdar,
Görməyə xəlq bir nəfər azar.
Padşalərdə ədl əhsəndir,
Fitnənin yatmağı mühəssəndir.

 


1Taət – itaət, ibadət.
2Zülmşitab – zülm etməyə tələsən. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 83 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366054