Gənc sərxoş və abid PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Bir gecə bir cəvani-məstü xumar
Bir nəfər parsayə1 oldu düçar.
Oxuyurdu əlində həm bir saz,
Nəğməyi-Şur edirdi, gah Şəhnaz,
Görcəyin parsanı ol sərməst
Başını sazı ilə qıldı şikəst.
Dinməyib parsa keçib getdi,
Gəlibən sübh ona əta etdi.
Dedi ki, məst idin gecə, ey oğul,
Bir qədər mən sənə gətirdim pul-
Ki, sınan sazüvü dürüst eylə,
Xoş deyil ki, şikəst ola böylə.
Sağalıbdır mənim başımda yara,
Sən də qıl sazüvü dürüst-nəva.
Çün cavan onda gördü xülqi-həsən2
Eylədi tövbə öz ədasindən.

 


1Parsa – ibadətlə məşğul olan adam, abid.
2Xülqi-həsən – gözəl xasiyyət. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 20 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366167