|
Şeirlər -
Seyid Əzim Şirvani. Şeirlər.
|
Bir səbət şişə bir nəfər həmmal, Aparırdı dalında malamal. Nagəhan rast gəldi bir əşşar, Bir dəmiri əlində əsbsüvar. Səbətə vurdu mili ol sərməst, Şişənin əksərini qıldı şikəst. Dedi ondan: - Nədir bu, ey həmmal? Dedi ki, vurmamış gərəkdi sual. Bir də vursan, dedi, deyil bir şey, Hər nə var idi, oldu cümləsi teyy. |
|