|
Şeirlər -
Seyid Əzim Şirvani. Şeirlər.
|
Gəldi Harun üçün iki şair, Hərə bir fərd eyləyib zahir. Bu idi fərdi-əvvələ məna- Ki, olur yaxşı felə yaxşı cəza. Fərdi-sanidə həm bu idi əYan- Ki, həmişə olur yamanə yaman. Şairi-əvvələ o fəxri-kübar Mərhəmət qıldı min ədəd dinar. Şairi-saniyə həm etdi əta Əvvəlin nisfini, o kani-səxa. Əhli-bəzm oldu bu işə heyran, dedilər: - Ey xəlifeyi-dövran, birdi mənadə kim, bu iki kəlam, bəs nədən oldu müxtəlif ənam? Dedi kim, şəxs olsa xoştinət. Yaxşılıqdan müdam edər söhbət. Var idi tinətində çünki səfa, Yaxşılıq fərdin eylədi o əda. Ol birində yamanlıq oldu nihan, Odu kim, söylədi yamanə yaman. Sifəti-sahibi-kəlamdı söz, Batin asarına təmamdı söz. |
|