|
Şeirlər -
Seyid Əzim Şirvani. Şeirlər.
|
Bir duasi qəbul olan dərviş Saldı Bağdad şəhrinə təşviş. Hər nə hacətçün eyləsəydi dua, O duani qəbul edərdi xuda. Onu xəccac eylədi ehzar, Dedi: - Qıl bir duayi-xeyr izhar. Əl götürdü, dedi: - Xudavənda. Cismdən canını sən eylə cüda!1 Dedi həccac: - Ey məlaikxu,2 Səni tari, nə bəd duadır bu? Dedi: - Bu bir duayi-əhsəndir. Həm sənə, həm bizə mühəssəndir.3 Sən ölüb etməsən günahi-ziyad, Sitəmindən cahan olur azad. Nə gərəkdir sənə bu təxtü, bu tac – Ki, olub payimal hər möhtac. Mərdümazarlıq yaman işdir, Belə qalmaqdan ölməyin xoşdur.
1Cüda – ayri, ayrılıq, ayrılma. 2Məlankxu – mələklər xasiyətli. 3Mühəssən – gözəl iş. |
|