Nəql edirlər ki, bir gün İsgəndər Eylədi bir xərabə sarı güzər. Gördü nagəh xərabədə bir pir, Arizi rəşki-afitabi-münir. Maili-taəti-xudayi-əlim, Etmədi padşahə bir təzim. Xişmnak oldu padşahi-qəyur, Dedi: - Ey rahi-mərifətdən dur, Nə üçün şahə etmədin təzim? Mənəm İsgəndəri-fələktəkrim. Asiman-qədr şahi-dövranəm, Lütfə dərya, səxavətə kanəm. Mənəm iqlim-girü bac-sitan, Hökmümə tabe oldu cümlə cahan. Dedi: - Ey şah-vacibüt-təkrim, Sənə bir kimsə eyləsin təzim – Ki, ola səndən ehtiyacı onun, Dövlətindən ola rəvacı onun. Qaneəm mən ki, künci-viranə, Sözlərindir yanımda əfsanə. Hirs ilə azdır qulam mənə - Ki, olub indi padşah sənə. Ey olan ol idi qulama qualm, Nə təfaxürdür eylədin elam? Çəkdi ol gün xəcalət İsgəndər, İltimas etdi ol fələkçakər. Dedi: - Eylə məni-həzinə dua – Ki, edə hirsü azı dəf xuda. Seyyida, hirsü azdan həzər et, Gənci-mülki-qənaətə güzər et. Olasan gər Skəndəri-sani, Olacaqsan zəmanədə fani. Nə qalır mülkü malı dünyanın, Nə şükuhü cəlalı dünyanın. |