Korun hekayəsi PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Bir nəfər kur şəxsə bir bina
Tənə ilə dedi ki, ey əma,
Xəlqi-aləm hekayət eylərlər,
Bu sifət bir rəvayət eylərlər:
Hər kimi kur eyləsə yəzdan
Əvəzində edər ona ehsan.
Sənə ehsan nə eyləyib davər?
Dedi kor: - Ey əziz əhli-nəzər,
Bunu ehsan edib mənə tari
Görməyim sən kimi dilazari.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 5 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299673