Misal PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Çarşənbə günüydü, bir tacir
Pul itirmişdi, tapdı bir facir.
Dedi tacir ki, nəhs gündür bu.
Dedi facir: - Bu gündü ruzi-niku.
Nəhslik görmürəm bu gündə hələ,
Hər günüm kaş ki, olaydı belə!
Bəxtimin kövkəbində var rüfət,1
Əlimə gəldi bir belə dövlət.
Bu günü nəhs kim deyib, həzyan!
Bu günə canü dil ola qurban.
Hiç aləmdə olmayıb belə gün,
Həll olub müşkülüm, açıldı düyün.
Eydi-novruzdən bu behtərdir-
Ki, bu gün mətləbim müyəssərdir.

 


1Rüfət – yüksək dərəcə, böyük rütbə.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 7 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5297533