Ol zamandan ki, etdi həft aba Ümməhat izdivacini peyda, Gəldi ondan vücudə çox fərzənd, Bəzi biəqlü bəzi danişmənd. Mən dəhi bir yeganə fərzəndəm, Deyiləm naxələf, xirədməndəm. İki yüz əlli birdə bədi – həzar, Əsri-Sultan Məhəmmədi-Qacar, Rumə Əbdülməcid idi sultan, Oldu darül-viladətim Şirvan. Hansı Şirvan, o gülsitani-qədim – Konda1 Şirvanşəhilər oldu müqim, Nə Şəmaxi ki, onda İzzəddin Nəzmdən zahir etdi sehri-mübin. Məsqətür-rəsi-paki2-Xaqani, Hünərin Zülfüqari-bürrani. Nə Şəmaxi ki, onda sübhü məsa Verdi rüxsari-şeri-Bədr ziya, Nə Şəmaxi ki, onda təbI-Bahar Etdi yüz min baharlər izhar. Qıldı Rusiyyə çün onu təsxir, Oldu rövnəqdə saniyi-Kəşmir. Olmuş ikən səfadə rəşki-cinan,3 Tapdı eynül-kəmaldən nöqsan. Etdi Şirvanı payimali-məlal, Rəcfətül-ərzü sədmeyi-zilzal. Xəlqi-Şirvan olub pərakəndə, Hər biri bir qəribə məskəndə. Dağılıb, şəhri qoydular bərbad, Etdilər Badkubəni abad. Qaldı bir parə bisərü saman – Ki, yoxuydu fərarə4 tabü təvan. İmperaturi-Rusi-valaşan Əhli-Şirvanə qıldı çox ehsan. Qıldı çox xanə xəlq üçün təmir, Leyk təqdirə olmadı tədbir. Əhli-Şirvan hənuz edəllər hesab Küreyi-ərzi qətreyi-simab. Müddəti-ömrdə məni-dilgir Neçə yol xanə etmişəm təmir. Eyləyib axirət evin bərbad, Eylədim xanimanımı abad. VəzI-həml etdi çün məni madər, Pədərim dari-xüldə etdi səfər. Adımı qoydular çü Seyyid Əzim, Düşdü bəhri-qəmə bu dürri-yetim.5 Oldum on gün ki, çardəh salə,6 Düşmədim fikri-dövlətü malə. Eylədim arifanə kəsbi-ülum, Gah Bağdad məskənim, gah Rum, Eylədim Misrü Şamdə məva, Gah yerim Jəsrib7 oldu, gah Bətha.8 Oxudum nəhvü sərfü fiqhü üsul, Hikmətü heyət eylədim məhsul. Ta ki, müstəcmii-ülum oldum, Nəzəri-əhli-əsrə şum oldum. Olmadı çünki məndə malü mənal. Mənə öz elmim oldu vizrü vəbal.9 Eylədim ta ki, hər büsatə güzər, Məni gördükdə xəlq söylədilər: Budu gəldi səfahətin kani,10 Hacı Seyyid Əzim Şirvani! Var cahanda gözəl hekayətlər, Neçə min nazənin rəvayətlər. Nəzm qıl, “Qisseyi-Güləndam”i, Eylə məlu eşqi-Bəhrami. Kərəmin Əsli ilə yaz vəslin, Kəşf qıl Əsli xanımın əslin. De “Koroğlu”, cahanı canə gətir, Qıratın vəsfini bəyanə gətir. Söylə nəqli – Qəribdən hərdəm – Ki, onun yari idi Şahsənəm. Eşidənlər kəlamın olsun şad, Söyləsinlər ki, mərhəba, ustad!
1Konda – Ki onda. 2Məsqətür-rəs – anadan olan yer, vətən, doğma yurd. 3Rəşki-cinan – cənnətlər həsrəti. 4Fərarə - qaçmağa. 5Dürri-yetim – Bir sədəfdə tək böyüyüb, ona görə də iri olan və bəyənilən mirvari, inci dənəsi. 6Çardəh salə - on dörd yaşlı. 7Jəsrib – Mədinə 8Bətha – Mədinə şəhərinin digər bir adıdır. 9Vizrü vəbal – günah və təqsir. 10Səfahətin kani – səfehliyin mədəni, quyusu. |