Oğluma xitab PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Cəfər, ey rahəti-rəvani-pədər,
Güli-xoşətri-gülsitani-pədər.
Sədəfi-təbimin səmin gühəri,
Vermə bir kimsəyə, yaman xəbəri.
Bülbül ol, ver bahardan müjdə,
Cüğd1 tək xəlqi etmə pəjmürdə.
Farsidə bu fərdi bir dana
Eyləyibdir nəsihət ilə əda:
“Bülbüla, müjdeyi-bəhar biyar,
xəbəri-bəd bebumi-şum güzar”.2

 



1Cüğd – bayquş.
2"Bülbüla, müjdeyi-bəhar biyar,
xəbəri-bəd bebumi-şum güzar"
_       ”Ey bülbül, bahar müjdəsi gətir,
Pis xəbəri bayquşa həvalə elə”.

 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 17 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366856