|
Şeirlər -
Seyid Əzim Şirvani. Şeirlər.
|
Cəfər, ey xəstə cismimin cani, Səd ya nəhs olan günü tani. Səd o gündür ki, kam ola hasil, Olasan öz muraduva vasil. Nəhs o gündür ki, qismətin qəmdir, Sənə ol aşiri-məhərrəmdir. Birinə nəhs olan gün, ey dana, Birinə səd olur, deyil bu həba. Belədir karü bari-cümlə cahan, Birinə sud1 olur, birinə ziyan. Birinə bir zaman olur xürrəm, Birinə ol zaman olur matəm. Kim ki, bir qəmdə əhli-matəmdir, Eydi-novruz ona məərrəmdir.
1Sud – fayda, xeyir. |
|