Öyüd PDF Çap et Dosta göndər
Şeirlər - Seyid Əzim Şirvani. Şeirlər.

 Ey oğul, bil ki, adəmi-bikar,
Xüşk olan bir odundu, layiqi-nar.
Bunu bizdən deyibdilər əqdəm:
Sənəti olmayan deyil adəm.
Puç olub getsə dövlətin vayə,
Yenə sənətdir əldə sərmayə.
Gər ticarətçün olmasa dövlət,
Səy qıl, hasil eylə bir sənət.
Elmdir əhli-sənətin hünəri,
Elmsiz sənətin nədir səməri?
Elmsiz sənətin nə miqdarı,
“Kari-buzinə nist nəcari”1

 


1Kari-buzinə nist nəcari - Dülgərlik meymunun işi deyil. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 10 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299794