|
Nəsr -
Seyid Əzim Şirvani. Nadirələr.
|
|
Bir gün Cühaya dedilər ki, heç şer inşa edə bilirsən? Dedi ki, bu fəndə mənim mislü manəndim yoxdur. Bir şer oxudu, misrai-əvvəlinin qafiyəsi zai-banəqtə idi və ikinci qafiyəsi zai-möhmələ. Əvvəli məzmum, axırı məksur.1 Dedilər ki, bu nə gunə şerdir? Dedi ki, bunun zərəri yoxdur, zai-möcəməni dəxi zai-məhməliə kimi oxuyun. Dedilər ki, qafiyənin biri məzmumdur, biri məksur. Dedi ki, qəribə eşşək adamlarsız! Mən deyirəm ki, nükteyi-zahirdən göz yumun, siz indi erab2 dalınca gəzirsiniz.
1Məksur - sınmış, qırılmış. 2Erab - cümlədə ərəb sözlərinin axırlarının dəyişilməsi (qrammatik qayda).
|