Nadirə 13 PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Nadirələr.

   Deyirlər ki, bir gün Cüha yol gedirdi, yorulmuşdu. Dedi ki, xudavənda, bir mərkəb1 mənim üçün yetir ki, süvar olum, dəxi piyada yol getməyə taqətim qalmadı.
   Nagah bir piyadeyi-digər yorulub yolda qalmışdı. Cühanı tutub dalına süvar oldu. Cüha nəhayətdə xişmgin olub, dedi ki, xudavənda, altmış ildir ki, allahlıq eləyirsən, hələ də sözü anlamırsan? Mən məgər belə demişdim?

 


 1Mərkəb - minik (at, qatır və s.)

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 16 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299612