|
Nəsr -
Seyid Əzim Şirvani. Hekayətlər.
|
|
Bir gün İsgəndər ibn Filipp ki, padşahı-Rum idi, ətrafında məcmə olan əşxasa dedi ki, mən ömrümdə heç bir saili feyzi-nəvalımdan məhrum etməmişəm. hər nə ki məndən xahiş qılıblar - əta etmişəm. Bu göftarı guş edən bir şəxs ərz elədi ki, ey padşah, mənim üç dirhəm borcum var. iltimas edirəm ki, onu əta buyurasan. İsgəndər dedi ki, padşahlardan bu günə həqir şey təvəqqe etmək biədəblikdir. Ol şəxs dedi ki, ey məlik, bəs mənə bir məmləkət bəxş qıl. İsgəndər dedi ki, əvvəlki sualın mənim şənimə layiq deyil idi, ininci sual sənin.
*İsgəndər ibn Filipp -İsgəndər Zülqərneyi, İsgəndər Rumi, İsgəndər Kəbir, Makedoniyalı İsgəndər (e. ə. 356-323) - Makedoniya hökmdarı, dünyanın ən böyük sərkərdə və padşahlarından biri olmuşdur. Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin qəhrəmanıdır. Ona bəzən "Buynuzlu İsgəndər" də deyilir.
|