Kar və məriz PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Bir nəfər kar olan şəxs bir mərizin əyadətinə gəldi. Soruşdu: - Necəsən?
   Məriz dedi ki, ölürəm.
   Kar elə bildi ki, deyir, yaxşıyam. Dedi ki, əlhəmdüllah.
   Və yenə soruşdu ki, qiza nə yeyirsən?
   Dedi ki, zəhrimar.
   Kar dedi ki, nuşican olsun!
   Soruşdu: - Təbibin kimdir?
   Dedi ki, əzrail.
   Elə bildi ki, deyir filan təbib. Dedi ki, qədəmi düşərli olsun!
   Bu məsəl ondan qaldı ki, "karın könlündəki".

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 32 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365723