Nuşirəvan və şikar PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Şeyx Sədi "Gülüstan" kitabında nağıl edib ki, Nuşirəvani - adil üçün bir şikargahda bir seyd kitab edirlər. Kababa səpməyə duz yox idi. Bir qulamı kəndə yüyürtdülər ki, duz gətirsin. Nuşirəvan qula dedi ki, duzu qiymət ilə al ki, ta töycü olmasın və kənd dağılmasın.
   Dedilər ki, bu az duzdan nə xələl olacaq ki, kənd dağıla?
   Nuşirəvan dedi ki, zülmün binası əvvəldən az olubdur. Hər kəs ki, gəldi - bir qədər artırdı, ta bu mərtəbəyə çatdı.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 48 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367004