Padşah və vəzir PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Bir dəfə bir padşah vəzirlərindən birinə dedi ki, ey vəzir, görəsən dünyada bir elə yer olurmu ki, orada milçək olmaya?
   Vəzir dedi ki, ey padşah, adam olan yerdə milçək olur.
   Bir gün padşah haman vəzirlə bir şəhərdən bəid olan səhraya şikara getmişdi. Padşah vəzirlə bir guşeyi-pünhanə çəkilib, vəzirə dedi ki, ey vəzir, xilafi-təqrir, bu sərzəmində ki, bir adam yoxdur, bəs bu milçəklər nədir?
   Vəziri-dilir dedi ki, ey sahibsərir, mən demişəm ki, adam olan yerdə milçək olur. Əgər sən özünü adam hesab eləmirsən, mən ki, əlhəmdüllah, özümü adam hesab eləyirəm.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 69 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5366093