Avropalı və tamahkar PDF Çap et Dosta göndər
Nəsr - Seyid Əzim Şirvani. Hekayətlər.

   Firəngistanın əyanlarından bir mütəməvill olan şəxs bir qitə dilguşa olan bağ saldırmışdı. Haman busitansəranın tağında yazdırmışdı ki, bu bağ mütəəlliqdir ol mərdimücərrədə ki, dünyada heç bir şeyə tamah və ehtiyacı olmaya.
   Bir gün bir tamahkar olan dövlətli bağ sahibinin hüzurunda hazır olub, nəxli-təmənnadan bu günə səməri-murad xahiş qıldı ki, bəndənin cəmi dünyadan bir zada tamahım və ehtiyacım yoxdur. Bəs bu bağı mənə mərhəmət qıl.
   Sahibi-bağ dedi ki, əgər səndə tamah və ehtiyac olmasaydı, bağı məndən xahiş qılmazdın.
  Hüzurundan ixrac elədi.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 77 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5367502