Ağacdan alma düşdü, Almanın yanı zədə, Zədəni yeməz gədə. Çoban çöldə gəzirdi, Davarların düzürdü, Çoban qoyuna gedər, Köpəyi adam didər, Qabağında üç keçi, Hanı bunun erkəci.
Erkəc qazanda qaynar, Qənbər bucaqda oynar. Qənbər getdi oduna, Qarğı batdı buduna, Qarğı demə, qamışdı, Beş barmağım gümüşdü. Gümüşü verdim tata, Tat mənə darı verdi, Darını səpdim yerə, Darı bitib göyərə.
Yerdən darı göyərdi. Biçinçi gəldi dərdi, Biçinçi Həzrətqulu, Cibində vardı pulu. Həzrətqulu bənnadı, Arvadını dannadı, Arvadı Cahanbanı, Bunun çarşavı hanı? Çarşavı cırılıbdı, Qolbağı qırılıbdı.
Çarşavını yamama, Cahan gedib hamama, Hamamın suyu isti, İsti su da nə pisdi. Telpəri onun qızı, Paltarları qırmızı. Oğlunun adı Xıdır,
Əlindəki dəhrədir. Xıdır bəyin dəhrəsi, Telpərinin cəhrəsi, Cəhrə demə, əsasdı, Dəhrə demə, almasdı. Telpəri yunu darar, Xıdır bəy odun yarar |