|
Nəğmələr -
Mövsum və mərasim nəğmələri.
|
*** Gün çıx, çıx, çıx, Kəhər atı min çıx. Oğlun qayadan uçdu, Qızın təndirə düşdü. Keçəl qızı qoy evdə Saçlı qızı götür çıx. *** Gün çıxdı su içməyə, Qırmızı don biçməyə, Gün gözünü yetirəcək Qarı tez götürəcək Keçəl qızı aparacaq Saçlı qızı gətirəcək. *** Gün getdi dağ başına, Örtüb duvağ başına. Könlü şamama istəyən Dolansın tağ başına. |
|