|
Nəğmələr -
Mövsum və mərasim nəğmələri.
|
Göydən, göydən nə gələr? Damla-damla yağmur gələr. Anbarlar dolu-dolu, Sənəklər sulu-sulu. Bizdən hərəkət, Yerdən bərəkət. Göydən yağmur Ver tanrım, ver. Yağmur, yağmur nə istər? Yağmur bollu yağ istər, Qaşıq-qaşıq bal istər, Qonur göz qurban istər, Köbəkli xırman istər. Bizdən hərəkət, Yerdən bərəkət. Göydən yağmur Ver tanrım, ver. Göy, göy, göy olsun, Arpa-buğda bol olsun, Alagöz qurban olsun. Boynumuzda boyunduruq Dura-dura yorulduq Acımızdan qırıldıq. Bizdən hərəkət, Yerdən bərəkət. Göydən yağmur Ver tanrım, ver. |
|