Alma PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.

Ağ alma, göyçək alma,
Açmısan çiçək, alma.
Bağda sənə baxmayıb,
Biz necə keçək, alma!

Ağ alma, sarı alma,
Bağların barı alma,
Şirin-şəkər kimisən,
Bax mənə sarı, alma.

Ağ alma, qızıl alma,
Saplaqdan üzül alma.
Bizə qonaq gələndə,
Boşqaba düzül, alma.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 20 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299878