|
Mahnılar
|
Sözləri Rəfiq Zəkanın, Musiqisi Telman Hacıyevindir. Neftçidir mənim atam, İşləyir yorulmadan Xəzərin qucağında. Döşündə nişanı var, Onu hamı tanıyır Abşeron torpağında. Neft çıxarır sulardan, Deyir: “Kərək hər insan Bağlı olsun vətənə!” Atamın bu sənəti, İşinə məhəbbəti Yaman xoş gəlir mənə. Hərdən söz düşən zaman, Ya bir qız, ya bir oğlan Soruşur nəçiyəm mən? Baxıb gülümsəyirəm, Uşaqlara deyirəm: “Balaca neftçiyəm mən”. |
|