|
Mahnılar
|
Sözləri Cahangir Məmmədovun, Musiqisi Ağabacı Rzayevanındır. Bizim şən bağçamızda, Böyük gəmimiz vardır. Sükançısı Nəriman, Kapitanı Eldardır. Oturub bu gəmidə Biz gəzirik hər yeri. Uzaqlardan görürük İşıqlı sahilləri. Burda hər bir sərnişin Adlı-sanlı işçidir. Dənizdən neft çıxaran Mühəndisdir, neftçidir. Motorlar guruldayır, Sürət bir az da artır; Hamı öz iş yerinə Vaxtında gəlib çatır. |
|