Canlı guşə PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Midhət Əhmədovundur.

Guşəmizdə göyərçin,
Toyuq, kəklik, qaz da var.
Onlara yemək verib,
Qulluq edir uşaqlar.

Özümüz düzəltmişik
Bu canlı guşəni biz,
Onu seyr edən zaman
Fərəhlənir qəlbimiz.

Sudakı o balıqlar
Gör necə rəngbərəngdir,
Kəkliklərə baxınız,
Bir-birindən qəşəngdir.

Özümüz düzəltmişik
Bu canlı guşəni biz,
Onu seyr edən zaman
Fərəhlənir qəlbimiz. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 20 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299877