Dağlar PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.

Dərələri çox dərin,
Köhlən buludlu dağlar!
Suları buzdan sərin,
Ey şabalıdlı dağlar!

Döşü güllü, çiçəkli,
Yoncalı, biçənəkli;
Meşələri tənəkli,
Moruqlu, tutlu dağlar.

Bülbüllərin gülşəni,
Maralların məskəni,
Qəhrəmanlar vətəni,
Ey qartal yurdlu dağlar. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 129 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299294