|
Mahnılar
|
Sözləri Teymur Elçinin, Musiqisi Oqtay Zülfüqarovun. Bizim vətən nəğməmiz Uzaqlara yayılsın. Səsimizdən hər tərəf Yuxusundan ayılsın. Nəqərat: Gözəl vətən, can vətən, Qoynu gülüstan vətən. Gözəl vətən, can vətən, Bizə mehriban vətən. Yayda başı qar olar Papağı şiş dağların. Verər bizə çoxlu bar Qoynu geniş bağların. Nəqərat. Sən xoşbəxt böyüdürsən Bizi hər gün, hər saat. Göylərə uçaq deyə, Bizə verirsən qanad. Nəqərat. |
|