Gün, çıx! PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.

Gün, çıx, gün, çıx!
Kəhər atı min, çıx.
Çəmənlərə ver işıq,
Güllər alsın yaraşıq.
Şəfəqindən bəzənsin
Bağçalarda sarmaşıq.

Gün, çıx, gün, çıx!
Kəhər atı min, çıx!
Qoy ağarsın təpələr,
Parıldasın ləpələr.
Yuxusundan oyansın
Şirin dilli körpələr.

Gün, çıx, gün, çıx!
Kəhər atı min, çıx.
Gedək bağa, bağçaya,
Axışaq meydançaya.
Orda oynayaq, gülək.
Dönək coşqun bir çaya.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 274 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5298687