Kukla PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.

Ay uzunsaç, qaragöz,
Ağıllı kuklam mənim!
Gəl “Əlifba” oxuyaq,
Sən şakird ol, mən müəllim.

Bir de görüm “A”,
Ay gözəl kukla!
Yoxsa səninlə
Danışmıram ha...

Atam almış mənimçin,
Rəngli qələm və dəftər.
Kitabımda var budur
Gözəl-gözəl şəkillər.

Ağzını aç sən,
Söylə, can vətən!..
Nə tənbəl qızsan,
Niyə dinmirsən?

Oxumağı, yazmağı
Öyrənmişəm bacımdan.
Dərsə gedəndə mən “beş”
Alacağam hər zaman.

Asan bir hərfi
Sən bilmirsən ki;
İncimə, kukla,
Alırsan “iki”... 

 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 121 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299272