Quşların nəğməsi PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Hikmət Ziyanın,
Musiqisi Rasim Bədəlovundur.

Səhər tezdən çıxdıq bağa,
Quş qonmuşdu hər budağa.
Baxdı sola, baxdı sağa
Qaranquşlar civildədi,
Bildirçinlər cikkildədi,
Cəh-cəh vurdu sarı bülbül,
Sevindi bağ, sevindi gül.

Quşlar mahnı oxudular,
Dedik: - Əcəb səsiniz var.
Bahar deyil sizsiz bahar,
Biz heç sizə daş atmarıq,
Budaqlardan uçurtmarıq.
Qayğınızı çəkərik biz,
Sizə yuva tikərik biz.

Qonaqsınız hər il bizə,
Dən səpərik hər gün sizə.
Qulaq ası nəğmənizə
Söyləyirdik: - A şən quşlar,
Bu ellərdə yeriniz var.
Qonaqlara hörmət etmək
Xoşdur bizə nəğməniz tək.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 274 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5298685