Quzum PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.

Yaz gəlib, coşur sular,
Çiçəklənib arzular.
Yayılıb çölə, düzə
Körpə-körpə quzular.

Nəqərat:

Quzum gəl, ay quzum, gəl,
Ay mənim yalqızım, gəl. –
Sənin zərif boynuna
Zınqırovlar düzüm, gəl.

Mən gəzirəm çəməndə,
Yoldaş ol mənə sən də.
Duyaq yazın ətrini
Nərgizdə, yasəməndə.

Nəqərat.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 6 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219694