Layla PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Sərdar Əsədin,
Musiqisi Ramiz Mustafayevindir.

Nəfəsi süd qoxulu,
Üzümə çox baxmısan.
Axşam gəldi yuxulu,
Sən hələ oyaqmısan!

Nəqərat:

Laylaları çəkmişəm
Yastığının üzünə;
Səslər ilə tikmişəm,
Qıyma onlar üzülə.

Açmışam pəncərəni,
Saçından əssin külək.
Bir də öpüm mən səni.
Öpüşlərin mübarək!

Nəqərat.

Arzu beşiyindəyəm,
Al varımı-yoxumu.
Bala, keşiyindəyəm –
Yat mənim də yuxumu!...

Nəqərat.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 19 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365661