Mənim oyuncaqlarım PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Midhət Əhmədovundur.

Mənim oyuncaqlarım
Bir-birindən qəşəngdir.
Bax bu yaşıl maşındır,
Bu da xallı pələngdir.

Bir qırmızı topum var,
Heç düşməyir əlimdən
Səhər-axşam sevinclə
Oynadıram onu mən.

Məxmərdəndir dərisi
Mənim qəşəng ayımın
Ona ev də tikmişəm
Yanında çarpayımın.

Çoxlu oyuncaq alır
Mənə atamla anam
Niyə də almasınlar
Axı, yaxşı oğlanam. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 11 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5219663