|
Mahnılar
|
Sözləri Cahangir Məmmədovun, Musiqisi Ağabacı Rzayevanındır. Lazım olan şeyləri Arif yığdı yanına, Evcik tikmək istədi Balaca Toplanına. Nəqərat: Ay mişar, tələs, mişar, Taxtanı tez kəs, mişar. Neçə yol ölçdü-biçdi, Yorulmadan çalışdı. Öz sevimli işinə Başı yaman qarışdı. Nəqərat: Ay mişar, tələs, mişar, Taxtanı tez kəs, mişar. Ətrafda nə vardısa Görünmədi gözünə. Evcikdən çıxmaq üçün Yer qoymadı özünə. Nəqərat: Ay mişar, tələs, mişar, Taxtanı tez kəs, mişar. |
|