Odlar ölkəsi Çap et
Mahnılar
  

Sözləri Tofiq Mütəllibovun,
Musiqisi Fikrət Amirovun.

 Qəlbini ucaltmış göyə məşəl tək,
Bakıdır köksündə döyünən ürək.
Gülür gözlərində böyük gələcək.

 

Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi

 2 dəfə

 

Dostluğun eşqilə ucalırıq biz,
Gül açır, bar verir diləklərimiz.
Bir vurur hər zaman ürəklərimiz

 

 Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi.

 2 dəfə

 

Sevinclə ötüşür onun hər anı,
Dillərdə dolaşır şöhrəti, şanı
Zəfərlər ucaldır Azərbaycanı.

 

Eşitsin obalar, ellər bu səsi:
Bu gün bayram edir Odlar ölkəsi.

 2 dəfə