Səslən, şeypurum, səslən! PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Hikmət Ziyanın,
Musiqisi Musa Mirzəyevindir.

Səslən, şeypurum, səslən,
Qoy sənin xoşa gəlsin.
Əzəmətlə gurla sən,
Qəlbimiz coşa gəlsin.

Nəqərat:

Şənliyə, nümayişə,
Dəstəmizlə qoşa get.
Səyahətə, yürüşə
Sən bizi səfərbər et.

Bizimlə birlikdə gəz
Dağları sən, düzü sən.
Tez oyatmağa tələs
Düşərgədə bizi sən.

Nəqərat:

Səslən, şeypurum, səslən,
Eşidək şən nəğməni.
Sevimlisən əzəldən,
Dinləmək xoşdur səni. 

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 14 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5365641