Sülh ordusu Çap et
Mahnılar

 Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.

Ədalətli,
Həm qüdrətli
Bir ordumuz vardır bizim.
Durmuş hər an
Yorulmadan
Keşiyində ölkəmizin.
Bu mərd ordu
Bizim yurdu
Qorumuşdur yağılardan.
Azad, təmiz
Qəlblərimiz
İlham alır ondan hər an.
Dağlar aşmış,
Çox dolaşmış
Ölkələrin sülh ordusu.
Yağılardan
Heç bir zaman
Bu ordunun yox qorxusu.
Ancaq, dostlar,
Bir şüar var
Ordumuzun bayrağında,
“Bütün xalqlar
Şən, bəxtiyar
Həyat qursun torpağında!”