Sünbülüm Çap et
Mahnılar

 Sözləri Hikmət Ziyanın,
Musiqisi Oqtay Zülfüqarovundur.

Günəşlə gülür üzün.
Yaxşı bilirsən özün. –
Çörəyin süfrəmizin
Bəzəyidir, sünbülüm.
Səni yetirən elin
Əməyidir, sünbülüm.

Üstündən ötsə külək
Hey ləpələn dəniz tək...
Biz sənə nəğmə deyək,
Sən bizə de, sünbülüm.
Hər gün dost tək görüşək
Zəmirlərdə, sünbülüm.

Səni biçər o ki, var,
Kombaynlar, maşınlar.
Anbarlara daşınar
Qızıl buğdan, sünbülüm.
Hündür olar tayların
Uca dağdan, sünbülüm.

Sərvətisən Vətənin,
Çox hörmətli var sənin.
Qoyarıqmı bir dənin
Yerdə qala, sünbülüm?
Yayılıb adın-sanın
Hər mahala, sünbülüm.