Sürücü Çap et
Mahnılar

 Sözləri Cahangir Məmmədovun,
Musiqisi Ağabacı Rzayevanındır.

Balaca sürücüyəm,
Maşınım yüklə dolu.
Çox sevirəm bu geniş
İşıqlı asfalt yolu.

Nəqərat:

Yol verin siz mənə,
Tələsirəm mədənə.

Uca-uca buruqlar
Salacaqdır neftçilər.
İşləri geri düşər
Bir az geciksəm əgər.

Nəqərat:

Yol verin siz mənə,
Tələsirəm mədənə.

Yol altında qara neft
Çıxdıqca səhər-axşam,
Təkcə neftçilər deyil,
Mən də çox şad oluram.

Nəqərat:

Yol verin siz mənə,
Tələsirəm mədənə.