|
Mahnılar
|
| | Sözləri Teymur Elçinin, Musiqisi Fikrət Amirovundur. | Doğdu günəş Səhər-səhər, İşə çıxdı Bütün şəhər. | 2 dəfə | Dirsəklənib Qalxdı tənbəl, Baxdı tənbəl-tənbəl Tənbəl, tənbəl! | | Dedi: “Mənə Çörək verin, Axı, acam, Yemək verin”. | 2 dəfə | Yedi, yatdı, Yatdı, yedi, Yenə yatdı tənbəl. Tənbəl, tənbəl! | | “Milçəkləri qovun yatım; | 2 dəfə | Yuxum gəlir Qoyun yatım”. | 2 dəfə | Dərsi, işi Atdı tənbəl, Yatdı tənbəl-tənbəl Tənbəl, tənbəl! | | Quşlar gəlib, Dimdiklədi, Uşaqlar bərk Çimdiklədi, Oyanmadı, Yatdı tənbəl, İşlər oldu əngəl, Tənbəl, tənbəl! | |
|