Uçun, quşlar PDF Çap et Dosta göndər
Mahnılar

 Sözləri Mehdi Seyidzadənin,
Musuqisi Səyid Rüstəmovundur.

Uçun, quşlar, bizim bağa,
Cəh-cəh vurub oxumağa.
Sıx yarpaqlı ağaclarda
Qonun yaşıl bir budağa.

Bənövşələr pıçıldaşır,
Sizə nəğmə çox yaraşır.
Quşlar nəğmə oxuyanda
Sevincimiz aşır-daşır.

Çiçəklənib gülöyşə nar,
Çiçəklənib şaftalılar.
Uçun, quşlar, bizim bağa.
Nəğmə deyin gəlib bahar.

 

 
 

AXTAR:

:) XOŞ GƏLMİSİNİZ!

Xoş gəlmisiniz!

BU ZAMANDA:

Kitabxanamızda 121 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 5299273